RU

Rusiyalı rejissor və ssenarist: Xocalıda uşaqların ölümünə görə kim cavab verəcək?

“Uşaqların ölümü təsvirolunmaz dəhşətdir”.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu rusiyalı ssenarist və sənədli filmlər rejissoru Liliya Borovskaya Azərbaycanın Moskvadakı səfirliyində keçirilən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbirində deyib.

O, Xocalı faciəsinin Rusiya ictimaiyyətini də dərindən təsirləndirdiyini söyləyib.

"Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Donbasda ölən uşaqlar haqqında danışarkən göz yaşlarına boğuldu. Mən onu başa düşürəm və hislərini bölüşürəm. Kaş ki, kimsə keçmiş Sovet İttifaqının dağılması nəticəsində neçə uşağın öldüyünü hesablayardı. Bu, inanılmazdır. Çox acı bir sual: Buna görə kim cavab verəcək? Uşaqların, onların atalarının və analarının ölümünə görə kim cavab verəcək?", - Borovskaya deyib.

Избранный
21
1
apa.az

2Источники