Amerikalı reper Meqan Ti Stallion NBA ulduzu Kley Tompson ilə mümkün nikah barədə düşünür.
Publika.az xəbər veir ki, 31 yaşlı “Qremmi” mükafatı sahibi, ötən yay basketbolçu ilə münasibətlərini rəsmi şəkildə təsdiqləyib, bu dəfə isə Milanda kafe ziyarəti zamanı Olimpiya çempionları Britteni Bou və Hilari Nayt ilə birlikdə nişan barədə danışıb. Onların son nişanı haqqında məlumat aldıqda Meqan deyib:
“Onu sevirəm, bu çox şirindir. Mən də öz nişanımı manifest edəcəm”.
People jurnalına verdiyi müsahibədə sənətçi etiraf edib ki, Tompsonla tanış olmadan münasibətləri gözləmirdi, amma onun yanında rahat hiss edir.