RU

Bu halda valideynlərə xəbərdarlıq göndəriləcək

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Meta” şirkəti instaqram platformasında yeniyetmələrin təhlükəsizliyini artırmaq məqsədilə yeni nəzarət mexanizmlərinin tətbiqinə başlayır.

“Qafqazinfo” xəbər verir ki, şirkətin açıqlamasına görə, əgər “yeniyetmə hesabı” istifadəçiləri müəyyən müddət ərzində intihar və ya özünə zərərvurma ilə bağlı mövzuları dəfələrlə axtararsa, onların valideynlərinə avtomatik xəbərdarlıq göndəriləcək.

Valideyn nəzarəti funksiyasından istifadə edən şəxslər bildirişləri elektron poçt, SMS, vatsap və ya tətbiqdaxili mesaj vasitəsilə alacaqlar. Xəbərdarlıqda övladlarının dəstəyə ehtiyacı ola biləcəyi vurğulanacaq. Bundan əlavə, valideynlərə uşaqları ilə həssas mövzuları müzakirə etməyə kömək edən ekspert materiallarına çıxış imkanı təqdim olunacaq.

Yenilik ilkin mərhələdə ABŞ, Böyük Britaniya, Avstraliya və Kanadada istifadəyə veriləcək, ilin sonunadək isə digər ölkələrdə də tətbiq olunacaq.

Qeyd edək ki, bu addım “Meta” şirkətinin ABŞ-də uşaqlara zərər vurma iddiaları ilə bağlı çoxsaylı məhkəmə çəkişmələri ilə üzləşdiyi bir dövrə təsadüf edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
qafqazinfo.az

1Источники