RU

Fond təsdiqlədi: Ukraynaya 8 milyard dollarlıq...

Beynəlxlaq Valyuta Fondu (BVF) Ukraynaya səkkiz milyard dollarlıq kredit ayıracağını təsdiqləyib.

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, Fond Ukraynaya dörd il ərzində 8,1 milyard dollar dəyərində yeni yardım proqramı ayıracağını açıqlayıb. BVF-nin mətbuat açıqlamasında bildirilir ki, İcraiyyə Şurasının qərarı təxminən 1,5 milyard dollar məbləğində təcili yardımın verilməsinə imkan verir".

BVF əlavə edib ki, bu proqramla bağlı risklər son dərəcə yüksəkdir:

"Proqramın uğuru xüsusilə beynəlxalq ictimaiyyətin davamlı dəstəyindən asılıdır. Yeni proqramın ümumi məqsədləri iqtisadi və maliyyə sabitliyini möhkəmləndirməyə davam etmək, borc dayanıqlığını gələcəyə yönəlmiş yanaşma ilə bərpa etməkdir. Eyni zamanda müharibədən sonrakı güclü bərpa üçün təməl qoyacaq və Ukraynanın Avropa Birliyinə qoşulmaq məqsədinə dəstək verəcək islahatları irəli aparmaqdır" .

Aydın Baxış

Избранный
9
1
bakivaxti.az

2Источники