Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəllər Daşbulaq kəndində baş verib.
Belə ki, rayon sakini 2002-ci il təvəllüdlü Ələkbərov Sərxan Fikrət oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyada, 1974-cü il təvəllüdlü Cəfərov İmaməddin Həsən oğlunu vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.
Tural Əhmdəov