RU

Şəhid ailəsi statusunda dəyişiklik edilə bilər

Bakı. Trend:

Peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrindətəhsil alanlara şəhid ailəsi statusunun verilməsi ilə bağlıqanunvericiliyə dəyişiklik təklif edilir.

Trend-inməlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsininbugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin(Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə ediləngüzəştlər haqqında” Qanuna əsasən, ər-arvad, valideyn, 18 yaşınaçatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaqevlərində tərbiyə olunanlar, peşə təhsili, orta ixtisas təhsili,ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsilmüəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək,qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şəhidailəsinin üzvləri hesab edilirlər.

Ombudsmanın məruzəsində şəhid ailəsinin üzvlərinin təhsilhüququnun təmin olunması ilə bağlı səmərəliliyin artırılmasıməqsədilə yuxarıdakı abzasda müəyyən edilmiş peşə təhsili, ortaixtisas təhsili va al tahsil müəssisələrində təhsil alanlaramünasibətdə 23 yaş məhdudiyyətinin artırılması təklif edilir.

Избранный
17
3
az.trend.az

4Источники