RU

35 qəpiklik xidmət haqqının artırılması təklif edilir

Bakı. Trend:

Cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və yaekspert tərəfindən görülən işlər üçün müəyyən edilmiş məbləğəyenidən baxılması təklif edilir.

Trend-inməlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsininbugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin(Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər KabinetininQərarına əsasən, cinayət mühakimə icraatı zamanı tərcüməçitərəfindən görülən işin haqqı bu iş cinayət prosesini həyatakeçirən orqanın tələbi ilə yerinə yetirildikdə hər iş saatı üçün0,35 manat məbləğində müəyyən edilib.

Həmçinin, cinayət mühakimə icraatı zamanı mütəxəssis və yaekspert tərəfindən görülən işin haqqı bu iş cinayət prosesinihəyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə hər iş saatıüçün 0,35 manat məbləğində müəyyən edilib.

Ombudsmanın məruzəsində yuxarıda nəzərdə tutulan cinayətmühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya eksperttərəfindən görülən işlər üçün müəyyən edilmiş məbləğə yenidənbaxılması təklif edilir.

Избранный
5
az.trend.az

1Источники