RU

Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərin şəxsiyyətinin açıqlanmasının tam qadağan olunması təklif edilir

Bakı. Trend:

Yetkinlik yaşına çatmayan təqsirləndirilən və ya zərər çəkmişşəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasının istisnasızqadağan olunması təklif edilir.

Trend-inməlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsininbugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin(Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Cinayət-Prosessual Məcəlləyə əsasən, yetkinlik yaşına çatmayanşübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyətibarədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onlarınqanuni nümayəndələrinin razılığı ilə yol verilir.

“Media haqqında” Qanuna əsasən, media subyekti və jurnalisttərəfindən yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən vəya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatlarınhəmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadanyayılmasına yol verilmir.

Ombudsmanın məruzəsində yetkinlik yaşına çatmayan şübhəli,təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədəməlumatların açıqlanmasının istisna halları göstərilmədən qadağanolunması təklif edilir.

Həmçinin, Cinayət-Prosessual Məcəlləyə cinsi zorakılığın qurbanıolan uşağa aid istintaq materiallarının cinayət prosesininiştirakçıları tərəfindən yayılmasını qadağan edən müddəanın əlavəedilməsi məqsədəuyğun hesab edilir.

Избранный
4
az.trend.az

1Источники