BAKI, 27 fevral. TELEQRAF
Azərbaycanda məhkumların xəstəliyə görə cəzadan azad edilməsi və ya cəzanın yüngülləşdirilməsi məsələlərinə Ombudsmanın vəsatəti əsasında baxılması təklif olunur.
Teleqraf xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
İnsan hüquqları üzrə müvəkkilin mandatının beynəlxalq "Paris Prinsiplərinə" və TÜRKPA-nın tövsiyələrinə tam uyğunlaşdırılması hədəflənir. Bu çərçivədə Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilərək, məhkumun xəstəliyə görə cəzadan azad edilməsi, şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın daha yüngül cəza ilə əvəz edilməsi məsələlərinə Ombudsmanın vəsatəti və ya təqdimatı əsasında baxılması təklif edilir.