RU

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” “Zirə”yə qarşı

Bu gün Misli Premyer Liqasının 22-ci turun ikinci oyununda “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək.

İdman.Biz xəbər verir ki, saat 18:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Rauf Cabarov idarə edəcək.

Turnir cədvəlində “Araz-Naxçıvan” 33 xalla beşinci, “Zirə” isə 35 xalla dördüncü yerdədir.

Misli Premyer Liqası
İkinci dövrə, 22-ci tur
27 fevral (cümə)

18:00. “Araz-Naxçıvan” - “Zirə”
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
“Liv Bona Dea Arena”

Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq.

İdman.Biz
Избранный
16
1
idman.biz

3Источники