RU

Sumqayıtda poladəritmə müəssisəsində partlayış: Üç nəfər xəsarət aldı

SUMQAYIT, 27 fevral. TELEQRAF

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində fəaliyyət göstərən poladəritmə müəssisəsində bədbəxt hadisə qeydə alınıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, istehsalat zamanı sobada baş verən qəfil partlayış nəticəsində sexdə çalışan üç nəfər – 1994-cü il təvəllüdlü Elməddin İsmayılov, 1989-cu il təvəllüdlü Ceyhun Davidov və 1997-ci il təvəllüdlü Coşğun Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin nəzarətdə olduğu bildirilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma başlanılıb.

Qəzanın dəqiq səbəbləri araşdırılır.

Избранный
16
teleqraf.com

1Источники