ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir neçə gün əvvəl Elmlər Akademiyasında iclas zamanı yatan alimlər gündəmə gəlib.
Sosial şəbəkədə şəkilləri yayılan alimləri həm qınayanlar, həm də tərəflərini tutanlar var.
Ortaya çıxan bir məsələ də onların aldıqları maaşlardır.
Bu barədə ictimai-siyasi fikir adamları da münasibət bildirir.
Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri də münasibət bildirib.
O qeyd edib ki, Elmlər Akademiyasının həqiqi üzvlərinin (akademiklər) aylıq rütbə maaşı təxminən 2000 manat, müxbir üzvlərin aylıq rütbə maaşı isə təxminən 1200 manatdır:
“Rütbə maaşı həmin şəxsin akademik statusuna görə verilən məbləğdir. Bu şəxslər başqa dövlət vəzifələri, elmi institut rəhbəri və s. kimi də əlavə maaşlar alırlar. AMEA-nın institutlarında çalışan alim və işçilərin vəzifə maaşı isə təxminən belədir:
Vəzifə/Kategoriya Aylıq vəzifə əməkhaqqı (təxmini):
Kiçik elmi işçi – 650 manat
Elmi işçi – 675 manat
Böyük elmi işçi – 700 manat
Aparıcı elmi işçi – 730 manat
Baş elmi işçi / şöbə müdiri – 760 manat”,- deyə o vurğulayıb.
Elşad Miri özü də təklif irəli sürüb:
“Təklifim belədir ki, bəlkə Akademiyanın həqiqi üzvü olan (olmuş) şəxs özü vəsiyyət etməsə də, ondan müsadirə olunan və ya olunacaq məbləğin bir hissəsiylə alimlərin elmi işlərinə və tədqiqatlarına töhfə verilsin?”.
Orxan
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.