RU

BVF Ukrayna üçün 8,1 milyard dollarlıq proqramı təsdiqləyib

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün 5,9 milyard SDR (təxminən 8,1 milyard ABŞ dolları) həcmində dörd illik Genişləndirilmiş Fond Mexanizmini (EFF) təsdiqləyib.

Missiya.Az xəbər verir ki, fevralın 26-da qəbul edilən qərara əsasən, proqram çərçivəsində ilk mərhələdə təxminən 1,5 milyard dollar dərhal ayrılacaq. Yeni mexanizm 2023-cü ildə təsdiqlənmiş və sonradan ləğv edilmiş proqramı əvəz edir.

Bildirilib ki, proqramın məqsədi Ukraynanın tədiyyə balansındakı problemlərin həlli, makroiqtisadi sabitliyin qorunması və borc dayanıqlığının bərpasıdır.

Qeyd edək ki, təşəbbüs ümumi həcmi 136,5 milyard dollar olan beynəlxalq dəstək paketinin tərkib hissəsidir. 2026-cı il üçün nəzərdə tutulan 52 milyard dollarlıq maliyyə çatışmazlığının isə Aİ, G7 və digər donorların dəstəyi ilə qarşılanması planlaşdırılır.

Seyranə QuliyevaMissiya.Az

Избранный
3
missiya.az

1Источники