RU

Dünyanın ən cazibədar qadın idmançısı yeni obrazı ilə hər kəsi heyran etdi

Məşhur qadın atlet Alisa Şmidt Milan Moda Həftəsində böyük marağa səbəb olub.

Publika.az xəbər verir ki, 27 yaşlı almaniyalı gözəl idman formasını "Hugo Boss" brendinin dəbli geyimi ilə əvəz edib. Dünyanın ən cazibədar qadın idmançısı adlandırılan Şmidt qara dəri şalvar və qəhvəyi pencəkdə ictimaiyyət qarşısına çıxıb. Obrazını qalstuk və qara çanta ilə tamamlayıb. Açıq buraxılmış saçları və makiyajı onun görünüşünü daha da vurğulayıb.

Azarkeşlər onun yeni obrazını böyük maraqla qarşılayıblar. Sosial şəbəkələrdə ünvanına xoş şərhlər yazılıb. Şmidtin "Instagram" platformasında 5,4 milyon izləyicisi var.

Publika.az

Избранный
39
publika.az

1Источники