RU

İnternetin yavaşlığından əziyyət çəkirsiniz? Həll yolu sadədir

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Evdə internetin sürəti gözlədiyinizdən aşağıdırsa və hər şeyi - routri yenidən başladmaqdan tutmuş tarif dəyişməyə qədər sınamısınızsa, problem düşündüyünüzdən daha sadə ola bilər. Səbəb modemlə router arasında istifadə olunan Ethernet kabeli ola bilər.

Lent.az xəbər verir ki, bir çox hallarda naqilli bağlantının Wi-Fi-dən daha zəif işləməsinin səbəbi köhnə və aşağı kateqoriyalı (“Cat”) kabeldir. Halbuki nəzəri olaraq Ethernet bağlantısı daha stabil və sürətli olmalıdır.

Məsələn, köhnə Cat5 kabellər maksimum təxminən 100 Mbit/s sürəti dəstəkləyir. Müasir internet tarifləri isə artıq 200 Mbit/s-dən başlayaraq 1 Gbit/s və daha yüksək sürətlər təklif edir. Əgər şəbəkədə hələ də Cat5 kabel istifadə olunursa, bu, sürətin məhdudlaşmasına səbəb ola bilər. Problemin həlli üçün Cat5e və ya Cat6 standartlı kabelə keçid etmək tövsiyə olunur.

Kabellər zahirən bir-birinə bənzədiyi üçün istifadəçilər çox vaxt illərlə eyni kabeldən istifadə edir və onun texniki göstəricilərini yoxlamırlar. Halbuki kabelin üzərində onun kateqoriyası qeyd olunur və bunu diqqətlə baxaraq müəyyən etmək mümkündür.

Bundan başqa, internet sürətinə təsir edən digər amillər də var. Kabel zədələnmiş və ya həddindən artıq bükülmüş ola bilər. Keyfiyyətsiz konnektorlar bağlantının zəifləməsinə səbəb ola bilər. Həmçinin routerin və ya şəbəkə kartının portları gigabit sürəti dəstəkləmirsə, yeni kabel belə tam performans verməyə bilər.

Ethernet kabelinin dəyişdirilməsi yeni avadanlıq almağa ehtiyac olmadan naqilli internetin sürətini artırmağın ən sadə və ucuz yollarından biridir. Routeri dəyişməzdən və ya provayderə şikayət etməzdən əvvəl ən azı Cat5e standartlı kabeldən istifadə olunduğuna əmin olmaq məsləhətdir. Əksər hallarda bu addım tarifin imkanlarını tam açmağa və stabil gigabit bağlantı əldə etməyə kifayət edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
lent.az

1Источники