RU

Tarixdə ilk: BMT TŞ-nin iclasına Melaniya Tramp sədrlik edəcək

AzVision.az xəbər verir ki, “Fox News” telekanalı belə məlumat yayıb.

ABŞ-nin birinci xanımı bu materialı özünün “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirərək məlumatın doğru olduğunu yazıb. ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Maykl Uolts da xəbəri təsdiqləyib.

“Amerika administrasiyası rəhbərinin və ya hər hansı bir dünya liderinin həyat yoldaşının BMT Təhlükəsizlik Şurasına sədrlik edəcəyi ilk dəfə olacaq”,- telekanal vurğulayır.

Xatırladaq ki, BMT TŞ-yə sədrlikmartın 1-də ABŞ-yə keçəcək. Səlahiyyət müddəti bir ay olacaq. Melaniya Trampın ilk iclasdakı çıxışıtəhsil və maarifləndirmənin vacibliyinə həsr olunacaq.

Sahil İsgəndərov
AzVision.az
Избранный
10
azvision.az

1Источники