RU

Gülşən Rzayeva: Urbanizasiya şəhərlər qarşısında yeni çağırışlar yaradır

BAKI, 27 fevral. TELEQRAF

Urbanizasiya sürətlə artır və müəyyən dəyişikliklər fonunda şəhərlər çox ciddi çağırışlarla üzləşir.

Teleqraf xəbər verir ki, bunu WUF13-ün Milli Koordinatorunun müavini Gülşən Rzayeva Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, buna görə yaşayış məskənlərinin təhlükəsiz olması zəruridir.

"WUF13 məhz buna xidmət edəcək. Dünya təcrübələrini irəli sürmək,Azərbaycan necə bəhrələnə bilər kimi mövzular müzakirə olunacaq. İnsanlarda şəhərsalmaya yanaşma, şəhər mühitində davranışların formalaşmasında medianın çox böyük rolu var", - o vurğulayıb.

Избранный
27
teleqraf.com

1Источники