Avrokuboklarda pley-off mərhələsinin cavab oyunları geridə qalıb.
Msport.az xəbər verir ki, Azərbaycan 22,937 xalla cari mövsüm UEFA reytinqini 27-ci sırada tamamlayacaq.
26-cı sıradakı Slovakiyanın hesabında 23.958 xal var.
Bizdən geridə 2022-ci ildən avrokuboklardan uzaqlaşdırılan Rusiya qərarlaşıb – 22.632.
Qeyd edək ki, mövsümün əvvəlində Azərbaycanın 17.125 xalı var idi.