Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakıda qaydaları pozmadığını iddia edən sürücü məsuliyyətə cəlb edilib. Bu barədə redaksiyamızın qaynar xəttinə sürücü Elvin Hacıyev müraciət edib. O bildirir ki, idarə etdiyi 77-JY-953 qeydiyyat nişanlı "KING LONG" markalı avtobusla paytaxtın Mikayıl Əliyev küçəsində hərəkətdə olan zaman barəsində elektron qərar tərtib edilib. Qərarda qeyd olunub ki, sürücü 50 km/saat sürət təşkil edilmiş yolda 97 km/saat sürətlə hərəkət edib. Lakin o bildirir ki, həmin zaman sürəti 50 km-dən yuxarı olmayıb.
Sözügedən videonu təqdim edirik.
Fərid



Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.