RU

Stankoviç 1/8 final ümidinin puç olmasını belə şərh etdi

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Fransada 1:0 hesabı ilə yendiyi "Lill"ə öz meydanında iki cavabsız qolla uduzaraq mübarizəni dayandıran "Srvena Zvezda"nın baş məşqçisi Deyan Stankoviç fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Nezavisne" belə çatdırıb:

"Futbolçulara demişdim ki, onlar oyunun əvvəlində təzyiq edəcəklər. Bunu gözləyirdik. Ola bilsin ki, oyunçularımdan hansınınsa əhvalı yaxşı olmayıb. Lilldəki əhvalda deyildik. Sürətli komandaya boş zona verirsənsə, vəziyyət çətinləşməlidir. Buraxdığımız birinci qolla bağlı epizodda daha yaxşı oynaya bilərdik. Məncə, bu, oyunun gedişatını dəyişərdi".

Toğrul

Избранный
1
1
fanat.az

2Источники