Bakı, 27 fevral, AZƏRTAC
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, A qrupunda yer alan yığma səfərdə İrlandiya seçməsinin qonağı olacaq.
Dublindəki "Milli Basketbol Arenası”nda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) məğlub olub. Aktivində 2 xalı olan yığmamız sonuncu - dördüncü pillədə yer alıb.