Gələn həftə Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçiriləcək.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, qurultayda əsasən təşkilati məsələlərə baxılacaq.
Qeyd edək ki, YAP-ın sədr müvini və Aparat rəhbəri Tahir Budaqov Dövlət başçısının 9 fevral 2026-cı il tarixli sərəncamı ilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bundan əlavə, barəsində cinayət işi açılmış Ramiz Mehdiyevin də YAP-dan xaric ediləcəyi iddia olunur.
Məsələ ilə bağlı YAP-ın mətbuat xidmətinə sorğu ünvanladıq. Mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qurultayın keçiriləcəyi barədə rəsmi qərar olduqdan sonra mətbuata açıqlama veriləcək.
Məlumat üçün bildirək ki, YAP-ın sonuncu qurultayı 2021-ci ilin martın 5-də keçirilib.
Nizamnaməyə əsasən, partiyanın qurultayı 5 ildən bir keçirilir.
Surxay Atakişiyev, Bizim.Media