RU

“Bunu gözləmirdiniz!” Baş nazirlərin VİDEOsu gündəm oldu

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Varşavada ikigünlük rəsmi səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan və Polşa Baş naziri Donald Tuskın sosial mediada yayılan səmimi videosu gündəm olub. Hər iki liderin görüntüləri rəsmi görüş çərçivəsində çəkilib və “X” platformasında böyük maraqla qarşılanıb.

Bakupost.az xəbər verir ki, Tusk rəsmi hesabında videonu polyak dilində “Tego się nie spodziewaliście!” - (“Bunu gözləmirdiniz!”) başlığı ilə paylaşıb. Səsyazıda fon musiqisi kimi Ermənistanlı sənətçi Rosa Linnin “Snap” mahnısı səslənir. Videoda Paşinyan papağında görünür, Tusk isə ekrana girərək əl ilə ürək işarəsi göstərir və ardından iki lider səmimi şəkildə bir-birini qucaqlayır. Rəsmi səfər çərçivəsində baş verən bu anlar artıq sosial mediada geniş müzakirə olunur. Video Tuskun rəsmi hesabında yayımlandıqdan sonra qısa vaxtda təxminən 530 min baxış toplayıb, 1000-ə yaxın “retvit” və 6 minə yaxın bəyənmə alıb. Paylaşımın altındakı şərhlərdə istifadəçilər müxtəlif reaksiyalar veriblər. Bəzi sosial şəbəkə istifadəçiləri görüntüləri “səmimi diplomatiya nümunəsi” adlandıraraq iki ölkə arasında münasibətlərin inkişafına işarə kimi qiymətləndiriblər. Digər şərhlərdə isə Tuskun jestləri və ürək simvolu göstərməsi ironik tərzdə müzakirə olunub, bir sıra istifadəçilər bunun “PR addımı” olduğunu yazıblar.“Bu, siyasətdən daha çox insanlıq anıdır” - izləyicilərdən biri yazıb.“Tusk-un jesti Polşa-Ermənistan münasibətlərində pozitiv mesaj verir” - digərləri şərh edib.“Bu video çox isti və həqiqi görünür” - başqa bir istifadəçi qeyd edib.Videonun arxa planında hər iki ölkənin bayraqları da görünür ki, bu da görüşün rəsmi xarakter daşıdığını göstərir. Görüşün özü siyasi və strateji əhəmiyyətə malik olub – tərəflər ticarət, təhlükəsizlik və siyasi əməkdaşlıq məsələlərini müzakirə ediblər, Polşanın Ermənistanın Avropa perspektivini dəstəklədiyi vurğulanıb.Bu paylaşım həm rəsmi diplomatiyada, həm də sosial mediada diqqət çəkən jest kimi qiymətləndirilir.Cavid, BakuPost Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
www.bakupost.az

1Источники