RU

ABŞ Çin infrastrukturundakı zəif nöqtələri müəyyən etmək üçün süni intellektdən istifadə etməyi planlaşdırır- ÖZƏL

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çinin mühüm infrastruktur obyektlərində zəiflikləri aşkar etmək məqsədilə süni intellekt əsaslı alətlər hazırlamağı planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə Financial Times qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, yeni texnoloji alətlər Çin ərazisində enerji şəbəkələri, kommunal infrastruktur və digər strateji sistemlər barədə məlumat toplayacaq. Süni intellekt bu sistemlərin proqram təminatındakı boşluqları və zəif nöqtələri müəyyən edərək, onları mümkün hərbi ssenarilərdə istifadə üçün hədəf siyahısına daxil edə bilər.
Mənbələrin bildirdiyinə əsasən, potensial hədəflər sırasında məlumat emalı mərkəzlərinin yaxınlığında yerləşən elektrik stansiyaları da ola bilər. İddialara görə, Vaşinqton mümkün hərbi qarşıdurma halında həmin zəifliklərdən sistemlərə sızmaq və onların fəaliyyətini pozmaq üçün istifadə etməyi nəzərdən keçirir.
Məsələ ilə bağlı United States Department of Defense yayılan məlumatlara rəsmi münasibət bildirməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
4
4
olaylar.az

5Источники