RU

Bitcoin yenidən ucuzlaşdı

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə fərqli istiqamətli dəyişikliklər müşahidə olunub.

“APA-Economics”in CoinMarketCap-ə istinadən verdiyi məlumata görə, bazarın ümumi kapitallaşması 0,97% azalaraq 2,34 trilyon dollar təşkil edib.

Lider kriptovalyuta olan Bitcoin (BTC) 1,15% ucuzlaşaraq 67 597 dollar səviyyəsinə düşüb. Aktivin bazar kapitallaşması 1,35 trilyon dollar olub.

"Ethereum"un (ETH) qiyməti 1,77% azalaraq 2 033 dollara enib. BNB-nin qiyməti isə 0,21% artaraq 630 dollar səviyyəsində qərarlaşıb.

İlk onluqda ən çox azalma Bitcoin Cash (BCH) üzrə qeydə alınıb. Aktivin qiyməti 4,38% azalaraq 480 dollara düşüb.

Digər tərəfdən, Monero (XMR)-nin qiyməti 0,52%, Bittensor (TAO)-nun qiyməti isə 1,68% artıb.

Qızıl təminatlı tokenlərdə də artım müşahidə olunub. PAX Gold (PAXG)-un qiyməti 3,71%, Tether Gold (XAUt)-un qiyməti isə 3,65% artıb.

Qeyd edək ki, bazarda zəif dinamika "Bitcoin"in 68 min dollar səviyyəsində formalaşan müqavimət zonasını aşa bilməməsi və investorların ehtiyatlı mövqeyi ilə əlaqələndirilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
47
40
cebheinfo.az

10Источники