RU

Bakıda WUF13-ə hazırlıq: Şəhərlərin inkişafında yeni yanaşmalar 

"Artan urbanizasiya şəhərlərin iqtisadi imkanlarını artırmaqla yanaşı həm də ekoloji çağırışların yaranmasına səbəb olur".

Ölkə.az xəbər verir ki, bunu WUF13-ün milli koordinatorunun müavini, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, urbanizasiyanın artması nəticəsində şəhərlər dəyişiklik ilə üzləşən əsas məkanlardır:

"Şəhərlər həm bu proseslərin əhəmiyyətini hiss edir, həm də iqlim dəyişikliklərinə uyğunlaşaraq daha yaxşı nəticələrin əldə olunmasına təsir göstərirlər.

Bu səbəbdən şəhərlərdə müxtəlif məsələlərin ciddi müzakirəsinə ehtiyac daha da artır. WUF13-də ediləcək müzakirə də məhz həmin məsələlərə həsr olunacaq".

Gülşən Rzayeva vurğulayıb ki, qlobal səviyyədə şəhərsalma sahəsində mövcud olan çağırışlar iqlim dəyişiklikləri fonunda onların fərqləndirilməsi istiqamətində təkmilləşir:

"Ona görə də şəhərlərin üzləşdiyi müxtəlif problemlərin ciddi müzakirəsi və onların həlli yollarının müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Qlobal miqyasda şəhərsalma sahəsindəki çağırışlar, iqlim dəyişiklikləri kontekstində şəhərlərin fərqləndirilməsi modelinin formalaşdırılmasını zəruri edir. Bu isə şəhərlərin inkişafına yeni yanaşmalar və təkliflər vermək üçün imkanlar yaradır".

Избранный
1
2
olke.az

3Источники