RU

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir.

SİA xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

Gündəliyə “Kinematoqrafiya haqqında”, Cəzaların İcrası Məcəlləsində, Mülki Məcəllədə və torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı qanunvericilikdə dəyişiklikləri nəzərdə tutan qanun layihələri üçüncü oxunuşda müzakirə olunur.

Eyni zamanda İnzibati Xətalar Məcəlləsində, “Yerin təki haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişikliklər ikinci oxunuşda, Əmək Məcəlləsi, “Təhsil haqqında” və “Mədəniyyət haqqında” qanunlara təklif olunan dəyişikliklər isə birinci oxunuşda müzakirəyə çıxarılıb.

Müəllif: Günel Fərzəliyeva
Избранный
17
sia.az

1Источники