RU

Aİ İranla bağlı bütün ssenarilərə hazırlaşır- ÖZƏL

Avropa İttifaqı İran ətrafında vəziyyətin inkişafı ilə bağlı bütün mümkün ssenarilərə, o cümlədən hərbi qarşıdurma ehtimalına hazırlaşdığını açıqlayıb. Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin böhranların idarə olunması üzrə komissarı Hadja Lahbib bildirib. Onun sözlərinə görə, Aİ-nin humanitar mexanizmləri yalnız ehtiyac əsasında işə salınacaq və yardım hökumətlərə deyil, insanlara yönələcək.
Xatırladaq ki, yanvarda Ağ ev İranın nüvə silahından tam imtina etməyəcəyi təqdirdə güc tətbiqini istisna etməyib. United States Department of Defense isə Yaxın Şərqdə hərbi qüvvələrini gücləndirib və Vaşinqton razılaşma üçün 15 günlük vaxt müəyyənləşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
9
olaylar.az

1Источники