RU

Tolik canlı yayımda vidalaşdı VİDEO KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

Aparıcı Tarix Əliyev (Tolik) bu gün tamaşaçıları ilə canlı yayımda sağollaşıb. Tolik öz ərizəsi ilə işdən uzaqlaşdığını deyib:

KONKRET.az xəbər verir ki, “Televiziyada yox, sosial şəbəkədə etdiyim səhvə görə rəhbərliyin, işçilərin haqqına girəcəyəmsə, vicdanım sızlayar. Bir ildən artıqdır ki, “Space TV”də “Tarixin bir günü” verilişi aparıram və proqramımda qanun pozuntusu olmayıb. Aparıcılıqdan çıxmaq haqqında ərizəmi rəhbərliyə verəndə vicdanım rahatladı. Əsəblərimə hakim olmamağım, başqasına emosional fikir bildirməyim böyük kanalın uğuruna ləkə ola bilməz. Həyatda itirəcəyim bir şey var, o da övladımdır. Bu, özümə verdiyim bir cəzadır”.

Tolik əlavə edib ki, sosial şəbəkədə yayılan xəbərlər isə gerçək deyil:

“Verilişimi başqa aparıcıya təhvil vermirəm. Kanalda musiqi departamentinin rəhbəri də olmamışam”.

Qeyd edək ki, müğənni Səidə Sultan verilişlərdə bayağı mahnıların təbliğini tənqid etmişdi. Bundan sonra Toliklə Səidə arasında TikTok-da canlı yayımda mübahisə düşüb. Tərəflər bir-birinin ünvanına təhqirlər səsləndirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
4
konkret.az

7Источники