RU

Sanki, qiyamət əlamətidir...

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Mərakeşin nəzarətində olan Qərbi Səhra bölgəsində qeydə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Budjur şəhəri yaxınlığındakı magistral yola çəyirtkə sürüləri hücum çəkib.Demokrat.az xəbər verir ki, görüntülərdən aydın olur ki, həşəratlar yolu tamamilə örtərək hərəkətdə olan avtomobillərin şüşələrinə çırpılır. Sürücülər hərəkət etməkdə çətinlik çəkir, çünki çəyirtkələrin sıxlığı görüntünü tamamilə məhdudlaşdırır. Afrikanın qərb sahillərində yayılan bu sürülərin miqyası getdikcə genişlənir.Sosyal media istifadəçiləri bu qeyri-adi təbiət hadisəsini qorxulu görüntülər kimi qiymətləndiriblər. Ekspertlər isə bu növ kütləvi artımların adətən iqlim dəyişikliyi və ya qəfil yağıntılardan sonra baş verdiyini bildirirlər. Bölgədə çəyirtkələrin təsir gücü artmaqda davam edir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
demokrat.az

1Источники