Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) WUF13.az internet səhifəsi təqdimat edilib.
News365.az xəbər verir ki, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Rəqəmsal Marketinq şöbəsinin rəhbəri Elnur Mirzəzadə WUF13-ə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında internet səhifənin təqdimatını edib.
"İnternet səhifəsində şəhərdaxili nəqliyyat məsələsinə də toxunulub. Həmçinin səhifənin vizual tərtibatında milli üslubla müasir dizayn elementlərinin sintezinə üstünlük verilib. Burada tədbirin şüarı yerləşdirilib, həmçinin media nümayəndələrinin məlumat əldə etməsi üçün xəbərlər bölməsi yaradılıb", - deyə Elnur Mirzəzadə vurğulayıb.
Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.