RU

Rusiyanın hazırkı hərəkətləri qəbuledilməzdir Millət vəkili

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, rəsmi Bakının Qroznı səmasında Rusiya tərəfindən raketlə vurulan AZAL təyyarəsi məsələsi ilə bağlı mövqeyi birmənalıdır və Rusiya tərəfindən addımların atılması gözlənilir.

Bəs yaxın zamanda məsələnin həlli mümkündürmü?

Redaktor.az-a danışan Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, məsələnin həlli mümkündür:

"Rusiya üzərinə düşən hər bir addımı atsa da, məsələnin həlli mümkündür. Rusiya yenə də özünü nəhəng bir sovet imperiyası kimi aparır və bu hərəkətlər əslində hansısa dostluğa, tərəfdaşlığa və əməkdaşlığa ziddir. Rusiya yenə də düşünməlidir ki, bütün qonşu ölkələrlə normal münasibətlər qurmalıdır. Bu çərçivədə Rusiyanın hazırkı hərəkətləri qəbuledilməzdir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
1
redaktor.az

2Источники