RU

Naqif Həmzəyev: “Müsahibə mərhələsində gənclərin hüquqları pozulur”

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Təhsil sahəsində olan əsas problemlərdən biri də Dövlət qulluğuna qəbul və tələbə təqaüdü məsələləridir.

Zaman-zaman sözügedən məsələlərin həlli istiqamətində addımlar atılsa da, problem qalmaqda davam edir. 

Gununsesi.info xəbər verir ki, bəhs edilən məsələlər haqqında deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı danışıb.

Deputat Naqif Həmzəyev Milli Məclisdə çıxışı zamanı gənclərin müsahibə mərhələsində hüquqlarının pozulduğunu və tələbələrin imtahan nəticələri ilə bağlı narazılıqların artdığını bildirib.

Deputat deyib ki, dövlət qulluğuna qəbulda problem yaşanır:

“Gənclərimiz imtahandan keçərək sertifikatlar əldə edirlər, ehtiyat kadr siyahısına daxil olurlar, amma, işlə təmin edilmirlər. Müsahibə mərhələsində onların hüquqları pozulur”.

Naqif Həmzəyev onu da qeyd edib ki, bir çox universitet tələbəsi imtahan zamanı ballarının məqsədyönlü şəkildə azaldılmasını və əlaçı təqaüdü almaqda çətinlik çəkdiyini söyləyir.

O, eyni zamanda bu məsələnin araşdırılmasını da vacib sayıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
icma.az

1Источники