RU

Cenevrə danışıqları boşa çıxdı: Müharibə başlayır?

Cenevrədə keçirilən ABŞ-İran danışıqları nəticəsiz başa çatıb.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Tərəflərin əsas məsələlər üzrə mövqelərinin fərqli olduğu bildirilir. ABŞ prezidenti Donald Trampın nümayəndələri İranın əsas nüvə obyektlərini ləğv etməsini və zənginləşdirilmiş uran ehtiyatını təhvil verməsini tələb ediblər.

Vaşinqton sazişin müddətsiz olmasını istəyir. İran isə uranın xaricə çıxarılmasına, zənginləşdirmənin dayandırılmasına və nüvə proqramına daimi məhdudiyyətlərə qarşı çıxır. Bununla belə, tərəflər müəyyən irəliləyiş olduğunu bildirir və danışıqların davam etdiriləcəyi gözlənilir.

Qeyd edək ki, Tramp daha əvvəl razılaşma əldə olunmasa, hərbi addımların mümkünlüyünü də istisna etməyib.

Избранный
24
2
publika.az

3Источники