Rusiyada Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması məsələsi ombudsman Səbinə Əliyevanın daim diqqətindədir.
"Far.Az" xəbər verir ki, bunu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında ombudsmanın 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ombudsman bu istiqamətdə rusiyalı həmkarı ilə sıx təmasda olur:
"Rusiya tərəfi ilə əməkdaşlıq çərçivəsində vətəndaşlarımızın və ya Azərbaycan əsilli şəxslərin hüquqlarının pozulduğu hallarda operativ şəkildə reaksiya verilir və mandat çərçivəsində lazımi yardım göstərilir".