RU

"Heç kim Azərbaycanın səbrini sınağa çəkməsin" - Ceyhun Məmmədov

"Dünən Prezident İlham Əliyev ailəsi ilə birlikdə Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi, sakinlərlə görüşdü, mühüm mesajlar verdi".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Ceyhun Məmmədov bildirdi.

"Azərbaycan xalqı tarix boyu bir çox soyqırımı aktlarına, qətliam və faciələrə məruz qalıb. Ancaq heç bir cəhd bu millətin iradəsini qıra, haqq yolundan döndərə bilmədi.

Bu gün dünyada yüzlərlə münaqişə var, ancaq onların heç biri tam həllini tapmayıb. Azərbaycan yeganə dövlətdir ki, torpaqlarını azad edib, qələbəsini tam təmin edib.

Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, revanşistlər anlamalıdırlar ki, bütün cəhdlərin qarşısı çox qətiyyətlə alınacaq. Bu gün Azərbaycan həmin Azərbaycan deyil. Heç kim Azərbaycanın səbrini sınağa çəkməsin", - deyə millət vəkili vurğuladı.

Deputat qeyd etdi ki, bu gün Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canını fəda edən bütün vətən övladlarının, o cümlədən Xocalı şəhidlərinin ruhu şaddır. Artıq qisas alınıb, onların qanı yerdə qalmayıb. Son illər Azərbaycan Xocalı soyqırımının tanıdılması üçün böyük işlər görüb, mühüm addımlar atıb və atılmaqdadır.

"Bu gün həm də gördüyümüz kimi, bir qrup Azərbaycanın inkişafını görmək istəməyən qruplar bu qələbəni unutdurmağa çalışırlar. Bunun üçün bütün güclərini işə salıblar. Ziddiyyətli məqam odur ki, bu gün müxtəlif ölkələrin liderləri cənab prezident haqqında yüksək fikir söylədikləri halda bu qruplar xalqımızın bütün dəyərlərini ayaq altına ataraq ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar. Onlar anlamalıdırlar ki, bu cəhdlər əbəsdir",- deyə Ceyhun Məmmədov sonlandırdı.

Aminə ŞAHSUVARQIZI

Избранный
25
3
redaktor.az

4Источники