Ukraynanın ayaqda qalması və Rusiyanı zəiflətməsi Kremli potensial təhdid kimi qəbul edən ölkələr üçün vacibdir. Bu səbəbdən Avropa Birliyi maksimum çalışır ki, Rusiya Ukrayna ərazisində ilişib qalsın və onlarda öz növbəsində Birləşmiş Ştatların təhlükəsizlik çətini daxili imkanlarla əvəz edə bilsinlər. Yəni, Kiyev bacardığı qədər Qoca qitəyə vaxt qazandırsın.
Artıq Avropa ölkələri silahlanma istiqamətində ciddi addımlar atırlar. Xüsusilə, Almaniya bu prosesdə fərqlənir. Berlin qarşıdakı 10 il ərzində ordunu modernləşdirmək və yeni texnologiyalarla təchiz etmək üçün 1 trilyon vəsait xərcləyəcək. Bununla paralel Polşa tərəfi də öz imkanlarını maksimum genişləndirir.
Avropada artan hərbiləşmə heç şübhəsiz ki, Rusiyanı qıcıqlandırır. Rusiya rəsmiləri mövcud tendensiya fonunda tez-tez nüvə kartını gündəmə gətirir. Çünki başqa bir alternativ yoxdur. Birləşmiş Ştatların sanksiyaları Rusiya iqtisadiyyatını iflic vəziyyətə salıb. Bununla paralel Elon Muskın Rusiya üçün özünün starlink peyklərini söndürməsi işğalçı ordunun işini xeyli çətinləşdirib. Öz növbəsində Ukrayna ordusu yaranmış vəziyyəti məharətlə fürsətə çevirir və ruslara sarsıdıcı zərbələr endirirlər.
Təbii ki, mövcud situasiya Rusiyanı məcbur edir ki, Birləşmiş Ştatlarla masaya əyləşsin və sərvətlərini onların üzünə açsın. Düzdür bu məsələ hər hansı bir rəsmiyyət qazanmayıb. Lakin dinamika məhz bu istiqamətə doğru yuvarlanır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31