
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ni Rusiyaya təzyiqi artırmağa çağırıb.
Missiya.Az xəbər verir ki, o bunu “Sky News”a açıqlamasında deyib.
Siyasətçi bildirib ki, ABŞ-nin müharibəni dayandırmaq üçün kifayət qədər təsiri var.
"Amerika Birləşmiş Ştatları düşündüklərindən daha güclüdür. Və onlar həqiqətən də Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərirlər. Onlar bu müharibəni dayandıra bilərlər", - deyə siyasətçi vurğulayıb.
Zelenski Vaşinqtonu, xüsusən də Rusiya liderlərinin ailələrinə qarşı sanksiyaları genişləndirməyə və Ukraynaya daha müasir silahlar verməyə çağırıb.
Onun sözlərinə görə, yalnız artan təzyiq Kremli danışıqlara ciddi yanaşmağa məcbur edəcək.
Zelenski həmçinin qeyd edib ki, əsas qərarlar yaxın aylarda verilə bilər.
Daşqın HəsənovMissiya.Az