RU

Gəncədə güclü külək ağacları aşırdı – FOTO

Gəncədə dünən gecə saatlarından başlayaraq güclü külək xeyli fəsadlar törədib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, güclü küləyin təsiri ilə Heydər Əliyev və Nizami Gəncəvi prospektlərində, Mirzə Abbas Abbaszadə küçəsində və 4-cü mikrorayonun ərazisində ümumilikdə 8 orta gövdəli ağac aşıb, aşma təhlükəsi yaranan ağaclar isə Yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Hazırda küləyin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Güclü küləkli hava şəraiti davam edir.
















Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Избранный
8
bizim.media

1Источники