RU

Vahid Qədimin yeri məlum oldu

Rusiya-Ukrayna müharibəsində itkin düşdüyü iddia olunan meyxanaçı Vahid Qədimdən yeni xəbər var.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, meyxanaçı sağdır.

Onun ölməsi və ya Ukrayna tərəfinə əsir düşməsi barədə məlumatlar təsdiqini tapmayıb.

V.Qədim Rusiya ordusunun sıralarında xidmətini davam etdirir. Meyxanaçının hazırda ağır döyüşlərin getdiyi cəbhə bölgəsində deyil, hərbi hissənin qərərgahında olduğu bildirilir.

Qeyd edək ki, tanınmış meyxanaçı Vahid Qədimin Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşdüyü iddia olunub. 

Aydan Hacı 


Telegram kanalımız
Избранный
29
5
yenisabah.az

6Источники