RU

Deputat: Azərbaycan məhkəməsi bu şəxslər barəsində də hökm çıxarmalıdır

Yazını böyüt
Yazını kiçilt

“Serj Sarkisyan və Robert Koçaryan Avropa Şurasının Parlament Assambleyasında çıxışları zamanı sinələrinə döyərək Xocalı soyqırımını törətdiklərini, uşaqları qətlə yetirdiklərini etiraf edirdilər. Zori Balayan və digərləri də məsuliyyət qarşısında dayanmalıdır. Bakı məhkəməsində digər şəxslərə necə hökm oxunubsa, onlara da hökm oxunmalıdır”.

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq ictimaiyyətə nümayiş etdirməlidir ki, terror və etnik təmizləmə cinayətləri törədən şəxslər cəzasız qalmır:

“Dünyaya sübut olunmalıdır ki, hər hansı terror və ya etnik soyqırımı törədən şəxs cəzadan qaça bilməz. O, gec-tez öz layiqli cəzasını alacaq”.

Deputat bildirib ki, Xocalı hadisələrinə görə məsuliyyət daşıyan şəxslər – o cümlədən Ermənistanın sabiq rəhbərləri Serj Sarkisyan, Robert Koçaryan və yazıçı Zori Balayan – hüquqi müstəvidə cavab verməlidirlər.

Tahirə Qafarlı

Избранный
19
hafta.az

1Источники