iPhone və iPad-lərə NATO-nun məxfi məlumatlarını saxlamağa icazə veriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Apple” şirkəti məlumat yayıb.
Bildirilib ki, sertifikatlaşdırma Almaniyanın Federal İnformasiya Təhlükəsizliyi İdarəsi (BSI) tərəfindən aparılıb.
“Apple” NATO ölkələrindən məxfi məlumatları saxlamaq və emal etmək məqsədilə iPhone və iPad-lər üçün istifadə etmək icazəsi alıb.
iOS 26 və iPadOS 26 ilə işləyən qurğular Alyansın informasiya təhlükəsizliyi tələblərinə rəsmi şəkildə uyğun gəlir.
iOS 26 əməliyyat sistemi ilə işləyən cihazlar xüsusi proqram təminatı quraşdırmadan və ya əlavə parametrlər tələb etmədən məxfi məlumatlarla işləyə biləcəklər. Məhdudlaşdırılmış məlumatlarla işləmək üçün standartlara daxili təhlükəsizlik proqram təminatı, şifrələmə və Face ID biometrik identifikasiyası daxildir.
Əlavə proqram təminatı və ya zavod parametrlərinin dəyişdirilməsi tələb olunmur.

Bizim.Media