RU

Orban və Fitso "Drujba" kəməri ətrafında yaranan böhranı müzakirə edəcək

Macarıstan Baş naziri Viktor Orban slovakiyalı həmkarı Robert Fitso ilə "Drujba" boru kəməri ilə neft tranziti ətrafında yaranmış vəziyyəti müzakirə edəcək.

“İki sahil” xəbər verir ki, Orban bu barədə sosial şəbəkələrdə məlumat verib.

"Daha bir gün keçdi, lakin Ukrayna Prezidenti Volodimir Zelenski hələ də "Drujba" kəməri ilə neft tədarükünü bərpa etməyib. Onun imtinası Macarıstanın enerji təhlükəsizliyini təhdid etməyə davam edir. Neft tədarükü dərhal bərpa edilməlidir!.. Bu gün mən Slovakiyanın Baş naziri Robert Fitso ilə məsləhətləşmələr aparacağam", - o qeyd edib.

Избранный
1
1
ikisahil.az

2Источники