RU

Təəssüf ki, Azərbaycanda film çəkmək yalnız Mədəniyyət Nazirliyinin üzərinə düşür - Deputat

Bakı. Trend:

Kino mədəniyyətimizdə çox böyük rol oynayır. Film vacib birsahədir. Türkiyə indi filmləri ilə dünyanı Osmanlıdan çox tutabilir, eləcə də başqa ölkələr.

Trend xəbərverir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü AqilAbbas parlamentin bugünkü iclasında “Kinematoqrafiya haqqında”Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin zamanıdeyib.

Millət vəkilinin sözlərinə görə, çox təəssüf ki, Azərbaycandafilm çəkmək yalnız Mədəniyyət Nazirliyinin üzərinə düşür:

“Amma ölkədə bu qədər təşkilat, holdinqlər var. Futbola yardımedirlər, amma film çəkilişinə sponsorluq eləmirlər. Rusiyadafilmlərin çoxunu nazirliklər çəkir. Niyə bizim şirkətlər,sponsorlar niyə film çəkmirlər? Filmdən böyük təbliğat yoxdur.

Niyə indiyədək tarixi şəxsiyyətlər, Şah İsmayıl, Qacarlarhaqqında film çəkilməyib? Filmlərin çəkilməməsinin səbəbi sponsortapılmamasıdır.

Kiminsə əleyhinə danışmaq istəmirəm. Ramiz Mehdiyevin evindən 17milyon pul tapıldı. 17 milyon 10 dənə tammetrajlı film deməkdir,özü də yüksək səviyyədə. Niyə bunu evdə saxlayırlar, verin bunufilm çəksinlər, təbliğ etsinlər. Mən də istəyirəm ki, bizim dəfilmlərimiz dünyaya çıxsın, yaxşı filmlərimiz var, çəkirlər”.

Избранный
9
az.trend.az

1Источники