RU

“Xocalı Memorialı yaddaşın daşlaşmış simvoludur"

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Xocalı Soyqırımı Memorialının açılışı zamanı ölkə başçısının çıxışı ilə bağlı sualları cavablandırarkən bu tarixi anın mənəvi yükünü və ictimai önəmini xüsusi vurğulayıb.

Onun sözlərinə görə, memorialın açılışı bir memarlıq layihəsinin tamamlanması olmaqla yanaşı, milli yaddaşın daşlaşmış təcəssümüdür. Burada səslənən fikirlər təkcə siyasi bəyanat xarakteri daşımırdı - bu, gecikmiş, lakin qaçılmaz ədalətin səsinin ifadəsi idi. Prezidentin çıxışı həm faciənin ağrısını, həm də dövlətin prinsipial və qətiyyətli mövqeyini aydın şəkildə ortaya qoydu.

Fazil Mustafa vurğulayıb ki, Xocalı artıq yalnız hüznün simvolu deyil. Bu ad həm də dirənişin, ədalətə inamın və tarixi həqiqətlərin beynəlxalq müstəvidə tanıdılması yönündə aparılan ardıcıl siyasətin rəmzidir. Onun fikrincə, memorial kompleksi gələcək nəsillərə ünvanlanan açıq ismarıcdır: yaddaş unudulmur, ədalət isə geciksə də, itmir.

Komitə sədri onu da vurğulayıb ki, Xocalı mövzusu emosional ritorika predmeti olmaqdan çıxıb - Xocalı, milli ləyaqət və tarixi məsuliyyət məsələsidir. Memorialın açılışı həm hüquqi-siyasi, həm də mənəvi baxımdan mühüm mərhələ kimi dəyərləndirilməlidir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözlərini yada salaq: 
"Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər və dözdülər də. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam, Ordumuza inam.
Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük."

Doğrudan da, haqlı olaraq, bu gün Xocalını təkcə keçmişin ağrılı xatirəsi olaraq anmırıq. Xocalı milli kimliyin, ümumxalq yaddaşının və ədalət axtarışının sarsılmaz simvoludur. Bəli, tarix yazılır, amma yaddaş silinmir. - Açılış mərasimində səslənən fikirlər bunu bir daha təsdiq etmiş oldu. 
Bəli, şəhidlərimiz ölmədi, vətənimiz bölünmədi. - Bunu bir daha və inamımızın, imanımızın ruhi gücüylə deyə bilərik. Bayrağımız uca olsun!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
13
1
olaylar.az

2Источники