RU

Xocavənddə bərpa işləri sürətlənir, sakinlərin qayıdışı davam edir

Bakı. Trend:

Xocavənd rayonunda həyat tədricən öz axarına qayıdır. Rayonuneyni adlı kəndində genişmiqyaslı infrastruktur layihələri icraolunur.

Trend xəbərverir ki, bu barədə bu gün Ağdam, Füzuli və Xocavənd rayonlarındaBərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələrşöbəsinin əməkdaşı Fidan Məmmədli Xocavənddə mediaturda olanjurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Xocavənd kəndində ümumilikdə 278 fərdiyaşayış evi mövcuddur. Bu evlərdən 128-i tam yararsızvəziyyətdədir, 150-si isə qismən yararlıdır. Qismən yararlıevlərdən 20-də artıq təmir-bərpa işləri başa çatdırılıb, cari ilərzində daha 130 evdə təmir aparılması nəzərdə tutulur.

F. Məmmədli qeyd edib ki, Böyük Qayıdış proqramı çərçivəsindəXocavənd rayonuna köç prosesi mərhələli şəkildə davam edir. Fevralayında kəndə 20 ailənin (94 nəfər) daimi məskunlaşması təminedilib. Mart-dekabr ayları ərzində isə əlavə olaraq 130 ailənin(533 nəfər) kəndə köçürülməsi planlaşdırılır.

O ki, kənddə sosial infrastrukturun bərpası istiqamətində dəmühüm işlər görülüb. Ərazinin mavi yanacaqla təmin olunmasıməqsədilə 5 kilometr uzunluğunda magistral qaz xətti çəkilib, 1500metr mövcud xətt isə yenidən qurulub. Bundan əlavə, 2100 metruzunluğunda 0,4 kV-luq elektrik xətləri və iki transformatorməntəqəsi bərpa edilib.

Kənddaxili avtomobil yolları asfaltlanıb, piyada səkilərisalınıb. Bu istiqamətdə işlər hazırda da davam etdirilir.

Избранный
43
az.trend.az

1Источники