RU

Kuba sərhədçilərinin güllələdiyi şəxsləddin ikisi ABŞ vətəndaşıdır

Kuba sərhədçiləri tərəfindən atəşə tutulan katerdə həlak olan dörd nəfərdən birinin ABŞ vətəndaşı olduğu müəyyən edilib. Yaralanan digər bir amerikalı isə Kuba xəstəxanasında tibbi müalicə alır.

Herbiand.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Xatırladaq ki, bir gün əvvəl Floridada qeydiyyatdan keçmiş kater Falcones Cay yaxınlığında Kuba ərazi sularına daxil olub. Kuba Daxili İşlər Nazirliyinin məlumatına görə, sərhədçilər şəxsiyyəti müəyyən etmək üçün qayığa yaxınlaşıblar və bundan sonra sərnişinlər atəş açıblar. Atışmada dörd nəfər həlak olub, altı nəfər yaralanıb.

Kuba hakimiyyəti qayığın heyətinin "terror niyyətləri" olduğunu iddia edib. Kuba Daxili İşlər Nazirliyinin açıqlamasında "Kubaya qanunsuz daxil olmaq istəyən gəmidə on silahlı şəxs var idi" deyilib. Həmçinin, qayığın sərnişinlərinin ABŞ-da yaşayan Kuba vətəndaşları olduğu da qeyd olunub.

Избранный
29
herbiand.az

1Источники