Türkiyə axtarışda olan 41 cinayətkarı 10 ölkədən ekstradisiya edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sosial media hesabında məlumat yayılıb.
Ekstradisiya olunan şəxslərin 27-si Gürcüstan, 5-i Bolqarıstan, 2-si Almaniya, qalan 7-si isə Albaniya, qalanları Azərbaycan, Belçika, İraq, İngiltərə, Monteneqro və Sloveniyadan gətiriliblər.
Onlar mütəşəkkil cinayətkarlıq, qəsdən adam öldürmə, narkotik ticarəti, dələduzluq, qanunsuz silah saxlama, kibertəhlükəsizlik dələduzluğu, adam oğurluğu, fahişəliyə cəlb etmə və digər cinayətlərdə ittiham olunurlar.
Telegram kanalımız