RU

“Qarabağ”ın hücumçusundan Kolumbiya futbolu üçün rekord

style='margin-bottom:10px;'>

Kolumbiyalı hücumçu Kamilo Duran (Camilo Durán) ölkəsinin futbolu üçün tarixi nəticəyə imza atıb.

QOL.az xəbər verir ki, bu haqda Kolumbiyanın “Diario Del Norte” nəşri məlumat yayıb.

24 yaşlı futbolçu “Qarabağ” ın heyətində UEFA Çempionlar Liqasının play-off mərhələsində İngiltərədə “Nyukasl”la oyunda (2:3) fərqlənməklə turnirdə beşinci qolunu vurub. Bu göstərici ilə o, əfsanəvi Radamel Falkaonun rekordunu təkrarlayıb. Falkao “Monako”nun heyətində 2016/17 mövsümündə 5 dəfə rəqib qapılarına yol tapıb.

Duran bir mövsümdə Çempionlar Liqasında ən çox qol vuran kolumbiyalı futbolçular sırasına daxil olaraq ölkəsinin futbol tarixində zirvəyə yüksəlib. Həmçinin o, bu  mövsümdə Luis Xavyer Suarezdən (“Sportinq”,  4 qol) və Luis Fernando Diadan (“Bavariya”, 3 qol) öndədir.

Beləliklə, Kamilo Duran həm də bu mövsümün Çempionlar Liqasının ən məhsuldar kolumbiyalı futbolçusu olub.

Избранный
106
50
teleqraf.com

10Источники