Konqo Demokratik Respublikasının Uvira şəhərində kütləvi məzarlıq aşkar edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, məzarlıqdan ümumillikdə 171 meyit tapılıb.
Kütləvi məzarların M23 üsyançı qrupunun Uviranı idarə etdiyi dövrə aid olduğu güman edilir. Xatırladaq ki, M23 qrupu 2025-ci ilin dekabr ayında Uviranın nəzarətini ələ keçirib və eyni ayın sonunda şəhərdən geri çəkilib.